Bu kənddə yanğınsöndürən olmayanlara qız verilmir
06 sentyabr 2021 19:07 (UTC +04:00)

Bu kənddə yanğınsöndürən olmayanlara qız verilmir

0

İstanbulun Binkılıç kəndi yanğınsöndürənləri ilə məşhurdur.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu kənddə demək olar hər ailədə bir yanğınsöndürən yaşayır. Binkılıç yanğınsöndürənlər kəndi kimi tanınır.

1960-cı ildən bəri bu kənddə 320 yanğınsöndürən yaşayıb. Hazırda bu say 103-dür. Kənd sakinlərinin sözlərinə görə, qədimdən burada yanğınsöndürən olmayana qız verməzlərmiş. Hətta bəzi gənclər evlənmək istəyəndə və onlara qız verilməyəndə məcburən peşələrini dəyişirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3598

Oxşar yazılar