Çay dəmləyəndə  BUNLARA DİQQƏT  : Dəmləməzdən əvvəl...
02 iyul 2021 07:28 (UTC +04:00)

Çay dəmləyəndə BUNLARA DİQQƏT : Dəmləməzdən əvvəl...

Səhər yeməyinin əvəz olunmazı, yorğunluğumuzu alan və günün hər saatında bizə ləzzət verən çayı dəmləməyin xüsusi sirləri var. Çay necə dəmlənir? Çaydana nə qədər çay atmaq lazımdır? Çayın dəmlənmə müddəti nə qədər olmalıdır?

Lent.az Türkiyə mətbuatına istinadən ləzzətli çay dəmləməyin sirlərini təqdim edir.

Çaydana neçə qaşıq çay atmaq azımdır?

"Nə qədər suya neçə qaşıq çay atılmalıdır?" Bu sualın cavabı çay dəmləyən hər kəs üçün maraqlıdır. Tövsiyyə olunur ki, adambaşına 1 stəkanı su üçün 1 çay qaşığı çay əlavə olunsun.

Çayın dəmlənmə müddəti nə qədər olmalıdır?

Çayın acı olmaması və ləzzətini qoruması üçün dəmləmə müddətinin 20 dəqiqədən çox olmamasına diqqət edin. 15-20 dəqiqəlik dəmləmə müddətindən sonra çayınız içməyə hazır olacaq.

Çay dəmlənəndə yuyulmalıdır?

Çayın yuyulması ilə bağlı fikir ayrılıqları olsa da, yarpaqlarının üzərində yığılan tozları təmizləmək və dəmləyərkən rənginin daha aydın görünməsi üçün yumaq tövsiyə olunur. Xüsusən də açıq şəkildə çay alırsınızsa, onu mütləq yumalısınız. İstehsalçıların əksəriyyəti bu üsulu qablaşdırılmış qara çaylar üçün məsləhət görmürlər. Yumağa üstünlük verirsinizsə, çaydana tökdürdən sonra üzərinə bir az soyuq su əlavə edin, silkələyin və çaydanın içindən süzün. Bunu su təmiz olana qədər bir neçə dəfə təkrarlayın.

Ətirli çay necə dəmlənir?

Çayın ləzzətli və ətirli olması üçün içməli sudan istifadə etməlisiniz. Yaxşı çay dəmləməyi bilənlər metal çaydanı ilə çini və ya şüşə çaydanda dəmlənən çayın dad fərqini bilirlər. Çini çaydan çayın dadını olduğu kimi almağa imkan verir. Bu baxımdan ətirli çay dəmləməyin sirlərindən biri də çini çaydandan istifadə etməkdir.

Çay dəmləmək üçün digər məsləhətlər

Çayı dəmləyəndə suyu yüksək məsafədən tökün. Sonra çaydanın içini qaşıqla qarışdırın ki, dəmlər çöksün. Çayınız dəmləndikdən sonra orta hesabla yarım saat ərzində ən ideal ləzzət və təravətdə olacaq. Çayı dəmlədikdən sonra 30 dəqiqə ərzində içmək daha məsləhətlidir.

Çay harada saxlanmalıdır?

Çayın saxlanma şəraiti də onun ləzzətli olması üçün vacibdir. Çayı quru, hava keçirməyən bir qabda birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. Diqqət etmək lazımdır ki, o nəmlənməsin və digər ərzaqların qoxusunu özünə hopdurmasın.

 

# 9378
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar