Davamlı yuxusuzluq, yorğunluq, evə qapanma… – Qış depressiyasının əlamətləri
29 yanvar 2021 19:46 (UTC +04:00)

Davamlı yuxusuzluq, yorğunluq, evə qapanma… – Qış depressiyasının əlamətləri

Əgər özünüzü yorğun, bədbin hiss edirsinizsə, deməli, artıq qış depressiyasına yoluxmusunuz. Bəzən qışın soyuğu əhvalınıza təsir edir. Hətta buna görə dostlarımızla olan görüşləri təxirə salıb, heç yerə getmirik. Belə olan halda günün çox hissəsi yatmağa sərf edilir. Psixoloqlar bu cür  hallara qış depressiyası deyirlər. Müxtəlif növləri olan bu depressiyadan ilkin mərhələdə qurtulmaq mümkündür.

Lent.az qış depresssiyasından qurtulmağın üsullarını təqdim edir:

Davamlı olaraq idman edin

Davamlı edilən idman steresslə mübarizədə ən gözəl çıxış yoludur. Bu həm də sağlamlıq üçün vacibdir. İdman metobolizmanın fəaliyyətini sürətləndirir  və kimyəvi maddələri bədəndən xaric etdiyi üçün insan özünü pozitiv hiss edir.

Sevdiyiniz insanlarla vaxt keçirin

Mənəvi dəstəkdə ailə və dostların dəyəri əvəzolunmazdır. Bədbin insanların yanında hər zaman gözəl düşünən dostun olması vacibdir.

Yuxu rejiminə nəzarət edin

Qış aylarında çoxları yatmağı sevsə də, bu sosial həyata mane ola bilər. Çox yatmaq qış yorğunluğu üçün yaxşı olsa da, zamanla özünüzü narahat hiss etmənizə səbəb olacaq. Bunun üçün gün ərzində 10-20 dəqiqə mikro yuxu enerjili olmağınıza yardım edəcək. Erkən yatmaq və erkən oyanmağa vərdiş etməklə qış depressiyasından azad ola bilərsiniz.

Sağlam qidalanma

Çox vaxt qışda yağlı və bol vitaminli qidalara üstünlük verilir. Mütəxəssislər bunu yanlış hesab etməsələr də, qəbul olunan qidaların ölçüsünə diqqət etməyi məsləhət görürlər. Həddindən artıq qəbul olunan yağ və şəkər sağlamlığa ciddi ziyan vura bilər. Xəstə olmamaq üçün qış aylarında tərkibində bol miqadarda C vitamini olan meyvələr qəbul edilməlidir.

Evə qapanmayın

Havanın soyuq olması və erkən qaralmasını bəhanə edib evə qapanmayın. Narın yağış və küləkli havada gəzmək sizə müsbət enerji bəxş edəcək. Hətta ayaqüstü görüşlərinizi də açıq havada təşkil edə bilərsiniz.

Spirtli içki çıxış yolu deyil

Davamlı spirtli içki qəbul etmək depressiyadan çıxış yolu deyil. Həddindən artıq spirtli içki qəbulu insanın enerjisini azaldır, yorğunluq hissi yaradır. Nəticədə ruhən çöküntüyə səbəb olur.

# 2682
avatar

Nigar Adil

Oxşar yazılar