Dünyanın ən zəngin pişiyi
04 iyun 2025 13:16 (UTC +04:00)

Dünyanın ən zəngin pişiyi

Qara rəngli Bləki adlı pişik planetin ən varlı ev heyvanı kimi tarixə düşüb. Onun inanılmaz sərvəti sahibi tərəfindən tərtib olunan son iradə ilə bağlıdır.

Lent.az bu pişiklə bağlı məlumtları təqdim edir:

1988-ci ildə Rea vəfat etdikdən sonra məlum olub ki, o, pişiklərinə 7 milyon funt sterlinq (o dövrün məzənnəsi ilə təxminən 12 milyon dollar) miras qoyub. Əsas varis isə Reanın ölümündən əvvəl evində yaşayan üç pişikdən biri olan Bləki olub. Qeyd etmək maraqlıdır ki, antikvarın həyatında evində 15 pişik yaşayıb, amma vəsiyyətnamədə yalnız son sağ qalanlar qeyd olunub.

Milyonçunun qohumlarını kənarda qoymaq qərarı hüquqi mübahisələrə səbəb olsa da, məhkəmə mərhumun iradəsinin qanuniliyini təsdiqləyib.

Vəsiyyətnamənin şərtlərinə görə, vəsaitlər pişiklərin komfortlu həyatını təmin etməli, qalan hissəsi isə xeyriyyə təşkilatlarına ötürülməli idi. 1990-cı illərdə Ginnesin Rekordlar Kitabı Bləkini rəsmi olaraq “Dünyanın ən varlı pişiyi” titulu ilə tanıyıb.

Maliyyə mütəxəssisləri hesablayıblar ki, pişiyin gündəlik xərcləri $150-dən çox olub. Bu məbləğə baxıcı və baytar xidmətləri də daxil idi. Bləkinin hekayəsi hüquqi təcrübədə bir presedentə çevrilib və heyvanların xeyrinə miras qoyma qanunvericiliyinə təsir edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar