Falların doğru çıxma səbəbi:  Sən demə...
15 mart 2021 14:47 (UTC +04:00)

Falların doğru çıxma səbəbi: Sən demə...

Hər kəs ömründə bir dəfə də olsa fala baxdırıb və orada həyatına, yaşadıqlarına uyğun bir söz eşidib. Hə, belə olduqda, həmin falçının yanına davamlı gedirlər və hətta dost-tanışa da soraq salırlari. Bəs sizə ulduz falların doğru olmasının bir elmi izahının olduğunu söyləsək?

Lent.az Türkiyə mətbuatına istinadən barnum təsiri haqda maraqlı məlumatlar təqdim edir. Əminik ki, bunları eşidəndə çox təəccüblənəcəksiniz. Elə isə diqqətiniz bizdə olsun.

Barnum təsiri adlanan bu hadisə, bəzi insanların xüsusilə onlara aid olduğuna inandıqları cümlələrin əslində bir çox insanın həyatı ilə üst-üstə düşməsi deməkdir.

Yəni bir falçı sizə “Bu aralar beynin qarışıqdır. Özünüzü çox yorursunuz. Sizin qəlbinizi qırıblar” kimi cümlələr desə, bu yalnız sizə deyil, onun yanına gələn hər kəsə də aiddir.

İnsan özü haqda tərif eşidərsə, Barnum effekti daha inandırıcı görünür.  Barnum təsirinin başqa bir adı Forer effektidir.

B.R. Forer adlı psixoloq bu təsiri uzun müddət araşdırır və bir gün şagirdlərinin hər biri üçün ayrılıqda şəxsiyyət testi edəcəyini söyləyir. Testi tamamladıqdan sonra hər bir tələbəyə özü haqqında bir nəticə verir və düzgünlüyünə görə bal toplamağı xahiş edir. Qiymətləndirmə nəticələrinə baxanda bütün sinifin orta balının 5-dən 4.26 olduğu görülür. Beləliklə, Forerin bu təcrübəsi olduqca uğurlu olduğu ortaya çıxır.

Bəs niyə B.R. Forerin illərdir çalışıb ədəbiyyata qoyduğu Forer effektinə Barnum təsiri deyilir?

B.R. Forer və P. T. Barnum

P.T. Barnum psixologiya ilə heç bir əlaqəsi olmayan bir insandır. Xüsusilə sirk ticarətində inanılmaz işlər görən və dövrün reklamçısı kimi göstərilən Barnum, insanları asanlıqla idarə edə bilirdi. Bu səbəbdən də Forerin illərlə çalışdığı bu psixoloji təsirə elmi dünyada Barnum effekti adı verilir.

Yaxşı, hələ də bir falçıya getmək istəyirsiniz?

 

 

 

 

 

# 6750
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar