Avropa Cənub Rəsədxanasının (ESO) alimləri Günəş sistemindən kənarda indiyədək aşkarlanan ilk təbii peyk namizədi hesab edilən nəhəng göy cismini müəyyən ediblər.
Lent.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmaya görə, Yupiter böyüklüyündə olan bu cisim adi planetin deyil, Yupiterdən 37 dəfə böyük qəhvəyi cırtdanın ətrafında dövr edir.
Alimlər onu radial sürət üsulu ilə, qəhvəyi cırtdanın hərəkətində yaratdığı cüzi yırğalanmaları analiz edərək aşkar ediblər.
Kəşf Günəş sistemindən kənarda təbii peyklərin mövcudluğuna dair bu günə qədərki ən güclü sübut hesab olunur.