Hər evə vacib zəlzələ çantası   necə hazırlanmalıdır?
08 fevral 2023 17:07 (UTC +04:00)

Hər evə vacib zəlzələ çantası necə hazırlanmalıdır?

Türkiyədə minlərlə insanın həyatına son qoyan zəlzələ hadisəsi bir daha belə təhlükəli anlarda  hər evdə lazım olan həyati bir detalı gündəmə gətirdi. 

Zəlzələ çantası...

Zəlzələdən sonra bir çox insanın ağlına gəlsə də, bu çantanın necə hazırlandığı və tərkibində nələrin olması da bir o qədər önəmlidir. Digər mühüm məsələ isə zəlzələ çantasının mövsümə və evdəki insanların sayına diqqət edilərək hazırlanmasıdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ çantasına qoyulması lazım olan əşyaları təqdim edir:

Diş fırçası və pastası, sabun və dezinfeksiyaedici maddələr, nəm salfetlər, sanitariya dəsti, tualet kağızı.

Bununla yanaşı, yataq çantası və ya yorğan, ilk yardım dəsti, cib bıçağı, fit, kiçik qayçı, batareya ilə işləyən radio, fənər və ehtiyat batareyalar (davamlı, uzun ömürlü batareyalar seçilməlidir), kağız, qələm.

Əvvəla, hazırlanmış zəlzələ çantası çox ağır olmamalıdır və asanlıqla daşınmalıdır. Digər mühüm məqam isə bu çantanın harada yerləşdiyidir. Hazırladığınız çanta asanlıqla əldə edilə bilən yerdə olmalıdır. Fövqəladə vəziyyətdə çaxnaşma halında, zəlzələ dəsti əlinizin altında, asanlıqla əldə edilə bilən yerdə saxlanmalıdır.

Zəlzələ dəsti hazırlanarkən bütün ailə üzvlərinin ehtiyacları nəzərə alınmalıdır. Eyni zamanda, əgər ev heyvanınız varsa, çantanızda onun ehtiyaclarına yer ayırmalısınız. Zəlzələ dəstini hazırlayarkən mövsümi şəraiti nəzərə almalısınız. Fəsillər dəyişdikcə zəlzələ dəstindəki paltarları da mütəmadi olaraq dəyişdirməlisiniz. Qida və içkilərin son istifadə tarixlərinə riayət etməklə təravətini nəzarətdə saxlamalısınız. Qeyd edək ki, zəlzələ çantasını eviniz üçün hazırlasanız belə, iş yeriniz və avtomobiliniz üçün hazırlamağınız da faydalıdır.


 

# 4479
avatar

Fidan İlqar

Oxşar yazılar