Meymun kişini kərpiclə ÖLDÜRDÜ
23 oktyabr 2021 16:11 (UTC +04:00)

Meymun kişini kərpiclə ÖLDÜRDÜ

Hindistanın Dehli şəhərində meymunun atdığı kərpic bir nəfəri öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, polisin müəyyən etdiyi kimi, bu hadisə meymunlar binanın ikinci mərtəbəsində yerləşən su çənini açmağa çalışarkən baş verib.

Onlar çənin qapağından sahibinin qoyub getdiyi iki kərpici götürərək birini qonşu səkiyə, digərini isə aşağı atıblar. Daş çanta satan 30 yaşlı Məhəmməd Kurbanın başına düşüb.

O, huşunu itirib və xəstəxanaya aparılsa da, həkimlər artıq öldüyünü bildiriblər.
 

# 2757
avatar

Oxşar yazılar