Napoleon Bonapartın həyatından 9 MARAQLI FAKT
01 aprel 2024 18:00 (UTC +04:00)

Napoleon Bonapartın həyatından 9 MARAQLI FAKT

İmperator Napoleon Bonapart  Fransa və dünya tarixinin ən önəmli şəxslərindən biridir.

Lent.az məşhur hökmdar haqda 9 maraqlı faktı təqdim edir:

- Napoleon adi bir korsikalı ailəsində anadan olub, lakin böyük ağlı sayəsində Fransa Hərbi Akademiyasını əla bitirib. Balaca Napoleonun əsas uşaqlıq arzusu hərbçi olmaq və zabit rütbəsinə yüksəlmək idi.

- Məktəbdə Napoleon mənşəyinə, mükəmməl fransız dilindən uzaq nitqinə, xarici görünüşünə və kasıb ailədən olduğuna görə təqiblərə məruz qalırdı. Sinif yoldaşları Napoleonun zəif tərəfini - vətəni ilə hədsiz qüruruna görə onu daim ələ salırdılar.

- 26 yaşında Napoleon artıq general rütbəsinə sahib idi.

- Napoleon çox az yatırdı, yatmaq üçün ona cəmi 4 saat lazım idi.

- Xarici mənbələr Napoleonun çox qısaboylu olması barədə şayiələr yayırdılar. Əslində Fransa imperatoru normal boyda idi, onun boyu 169 sm idi.

- Əksər insanlar kimi Napoleonun da kolleksiya həvəsi var idi. O, papaqları çox sevirdi və kolleksiyasına 200 papaq toplamışdı.

- Napoleonda hakimiyyətinin zirvəsində olarkən aşağı təbəqədən olan bir burjua kimi geyinmək və Paris küçələrində dolaşmaq vərdişi var idi. Görünür, məqsədi küçədəki insanların onun haqqında həqiqətən nə düşündüyünü öyrənmək olub.

- Napoleonun bir çox məşuqəsi var idi, lakin o, Jozefinanı sevirdi. Bu qadına uşaq ikən kraliça olacağı deyilirdi. Və belə oldu, Jozefina nəinki Napoleonun həyat yoldaşı, həm də imperatriçə oldu.

- Napoleon uzun sürən xəstəlikdən sonra 51 yaşında Müqəddəs Yelena adasında vəfat edib. Ancaq bu xəstəliyin səbəbi kimi mədə xərçəngi olduğu deyilsə də, əsl səbəb heç vaxt qəti şəkildə müəyyən edilməyib və onun ölümü sui-qəsd nəzəriyyələri və fərziyyələrlə əhatə olunmuş bir mövzu olaraq qalır.

# 4101
avatar

Vüqar İsmayılov

Oxşar yazılar