Nihat Hatipoğlundan ulduz falı  SUALINA CAVAB
30 mart 2023 19:35 (UTC +04:00)

Nihat Hatipoğlundan ulduz falı SUALINA CAVAB

Nihat Hatipoğlu hər il olduğu kimi bu il də həm iftarda, həm də sahurda sualları cavablandırır. Məşhur ilahiyyatçıya ünvanlanan suallar çox vaxt gündəm mövzusuna çevrilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nihat Hatipoğlu ilə iftar proqramında bu dəfə ulduz falı sualı diqqət çəkib.

Abdulla adlı gənc iştirakçı ilahiyyatçıya “Müəllim, ulduzların düşüncəmizi, xasiyyətimizi dəyişdirdiyi deyilən bürclərin dinimizdə yeri nədir?” sualını verib.

İlahiyyatçı suala bu açıqlamanı verib:

"Astronomiyanın astrologiyaya çevrilməsi, filankəs-bunun belə olacağını müəyyən edib demək doğru deyil, astrologiya, bir az uydurmadır".

# 2655
avatar

Fidan İlqar

Oxşar yazılar