Ötən il okeanlara milyardlarla maska atılıb- 2040-cı ildə isə…
05 avqust 2021 17:22 (UTC +04:00)

Ötən il okeanlara milyardlarla maska atılıb- 2040-cı ildə isə…

Koronavirus epidemiyası səbəbindən maska ​​taxmaq adi hala çevrilib. Təxminən iki ildir həyatımızda daha çox istifadə etdiyimiz tibbi maskalar insan sağlamlığını qorusa da, məsuliyyətsiz insanlara görə ətraf mühit üçün böyük təhlükəyə çevrilə bilər.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Visual Capitalist” in araşdırmalarına görə, keçən il istehsal olunan 52 milyard maskadan 3 faizi okeanları çirkləndirib. Bu, Təxminən 1,6 milyard maskanın okenlara ​​atıldığını göstərir.

Araşdırma qrupu, atılan maskaların okeanlara 5500 ton plastik qatdığını və bunların hamısının bioloji olaraq parçalanmasının 450 il çəkəcəyini vurğulayıb.

Dünya İqtisadi Forumu 2050 -ci ilə qədər okeanlarda balığdan daha çox plastik olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Görünür, koronavirus pandemiyası bu tarixi daha da irəli çəkəcək.

Alimlər hesab edirlər ki, mövcud tendensiya məhdud olsa belə, okeanlarda plastik tullantıların miqdarı 2040-cı ildə 710 milyon tona çatacaq.

# 2391
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar