Qadın lotereya qazandığını “Facebook”dan öyrəndi 
27 mart 2024 10:08 (UTC +04:00)

Qadın lotereya qazandığını “Facebook”dan öyrəndi 

Amerika Birləşmiş Ştatlarından olan bir qadın lotereyada pul mükafatı qazanıb. Ancaq maraqlısı odur ki, qadın bunu təsadüfən öyrənib. 

Lent.az xəbər verir ki, amerikalı qadın “Facebook” sosial şəbəkəsində xəbər lentinə baxarkən gözləmədiyi hadisə ilə qarşılaşıb. 

Belə ki, o, xəbər postlarının birində yaxşı məbləğdə pul qazandığını oxuyub. 

Amerikalının sözlərinə görə, o, bileti nişanlısı ilə Andaledə olarkən alıb. Qadın lotoreya rəqəmlərini heç bir strategiya olmadan təsadüfi seçdiyini bildirib. Ertəsi gün o, sosial şəbəkələrdən 5 ağ topla çox uğurla uyğunlaşdığını öyrənib. 

"Biletimi Lotereya proqramında skan etdim və ekranda milyon dollar görünəndə inanmadım. Qızlarıma və nişanlıma zəng edərək xoş xəbəri çatdırdım", - o bildirib.

Qadının sözlərinə görə, onun yaşadığı şok hələ də keçməyib. O, uduşunun bir hissəsini ailəvi səyahət üçün istifadə etməyi planlaşdırdığını söyləyib.
 

# 4764
avatar

Sevinc Fərid

Oxşar yazılar