“Qadınbudu” turp, öpücük göndərən çiçək – ŞOK OLACAQSIZ
28 mart 2023 19:41 (UTC +04:00)

“Qadınbudu” turp, öpücük göndərən çiçək – ŞOK OLACAQSIZ

Dünya elə bir möcüzəli yerdir ki, orada hər gün sizi təəccübləndirəcək nələrləsə rastlaşa bilərsiniz.

Lent.az bu dəfə sizi bitkilərlə təəccübləndirmək istəyir. Təqdim etdiyimiz yaşıl canlılar diqqətinizi çəkəcək.

Sizlərin diqqətinə çatdırdığımız bu ağ turp haqqında bilirsinizmi nə deyirlər? – “Bu turp gözəllik yarışına gedə bilər”. Bildiyiniz ağ turpdur, sadəcə qeyri-adi.

Psixotriya və ya fahişənin dodaqları – Hə, növbəti bitkimizə belə də ad verirlər. Fahişə Dodaq Bitkisi, elmi olaraq Psychotria kimi tanınır. Mərkəzi və Cənubi Amerikanın bəzi hissələrində yetişir.

Orxideya-balerina (Balerina orxideya) – Dünyada təəccüblənəcəyiniz daha bir bitki. Balerinalar kimi zərifdir. Bu yalnız Avstraliyanın cənub-qərbində çox kiçik bir bölgədə tapıla bilər.

Meymun orxideya – Allahın daha bir möcüzəsi - Bu bitki əsasən Mərkəzi və Cənubi Amerikada tapıla bilər.

Rafflesia Arnold - İndoneziyanın rütubətli cəngəlliklərindən gələn bu bitki çox qəribədir: böyük ölçüdə, qırmızı-narıncı rəngdə və çürük ət iyi gəlir. Xüsusi xoşagəlməz qoxuya görə ona "cadavra bitkisi" deyilir.

# 2898
avatar

Cavidan HUN

Oxşar yazılar