Rəngli və ağ-qara YUXULAR 
11 may 2021 00:21 (UTC +04:00)

Rəngli və ağ-qara YUXULAR 

Nə qədər texniki-elmi inqilabın nəticəsi kimi kəşflər, ixtiralar olsa da, insan hələ də yuxunun “yozumunu” tam aça bilməyib. Əksər alimlər yuxunu şüaraltı informasiyaların yığılıb qalmış təzahürü və ya real həyatda gördüklərimizin inkası kimi xarakterizə edir. 

Mahiyyətinə varanda isə görürük ki, bəşər övladı yuxunun tam təfərrüatını açmağı bacarmayıb.

Yuxu ilə bağlı sizin də marağınıza səbəb olacaq maraqlı məlumatları təqdim edirik: 

•    Əvvəllər siqaret çəkib sonra bu zərərli vərdişi atan insanlar daha rəngli yuxular görürlər.

•    Rəngli yuxular görmək hər kəsə məxsus xüsusiyyət deyil. Görmə qabiliyyəti yerində olan insanların 12%-i ancaq ağ-qara yuxular görür.

•    Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük. 

•    Çox vaxtı yuxuda tanımadığımız insanları görürük. Lakin, unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə də əminliklə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə, unutduğumuz simalardır.

•    Kişilər və qadınlar eyni dərəcədə yuxu görürlər. Sadəcə bir fərq var: kişilər yuxuda ən çox əks cinsin nümayəndələrini görürlər. Qadınlar isə hər iki cinsin nümayəndəsini yuxuda eyni miqdarda görürlər.

•    Gördüyümüz yuxuların 90%-ni oyandıqdan 5 dəqiqə sonra unuduruq.

•    Görmə qabiliyyəti olmayan insanlar da yuxu görür. 

•    Anadangəlmə görmə qabiliyyəti olmayan insanlar yuxuda şəkillər görməsə də, səs, qoxu və taktik hissiyatları hiss edir. 

•    Sonradan görmə qabiliyyətini itirmiş insanlar sağlam insanlar kimi adi, rəngli / rəngsiz şəkilli yuxular görürlər.

•    İnsan yatarkən xoruldayırsa, o yuxu görmür. 

•    Kiçik uşaqlar 3 yaşına kimi yuxularında özlərini görmürlər. 

3 yaşından 8 yaşınadək uşaqlar böyüklərin görmədiyi qədər qorxulu yuxular görürlər.
 

# 1665
avatar

Oxşar yazılar