Subay çinli qızlar kişilərə qucaqlaşmaq üçün pul ödəməyə  hazırdırlar, amma...
08 iyun 2025 17:39 (UTC +04:00)

Subay çinli qızlar kişilərə qucaqlaşmaq üçün pul ödəməyə hazırdırlar, amma...

Çində subay qızlar yeni trendə başlayıblar. Onlar yad adamlara sadə qucaqlaşmalar üçün pul ödəməyə hazırdırlar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 5 dəqiqəlik "qucaqlaşmanın" orta qiyməti 3 ilə 7 ABŞ dolları arasındadır, lakin burada mühüm bir nüans var.

"Çox vaxt seçim edərkən kişinin bədəninin vəziyyətinə və üz cizgilərinə diqqət yetirirlər. Məsələn, çinli Çjou onun fiqurunu və xarici görünüşünü diqqətlə izləyir, ona görə də o, 34 seansdan təxminən 240 dollar qazana bilir", - məlumatda vurğulanır.

Tanımadığı adamların qucaqlaşması qızlara stresin öhdəsindən gəlməyə və dəstək almağa kömək edir. Onlar ticarət mərkəzlərində və ya metro stansiyalarında kişilərlə görüşürlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar