Taksi şirkətindən ŞOK  addım:  Peyvənd edilənləri...
10 avqust 2021 15:56 (UTC +04:00)

Taksi şirkətindən ŞOK addım: Peyvənd edilənləri...

Koronavirus yoluxmalarının artdığı vaxtda ABŞ-da bir taksi şirkətinin atdığı addım hər kəsi təəccübləndirib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, taksi şirkətinin sahibi Çarlie Bullinqton peyvənd edilən və maska ​​taxan müştəriləri avtomobillərinə götürməyəcəklərini açıqlayıb.

Peyvəndlərə qarşı olduğunu söyləyən Bullinqton, “Avtomobillərimizdə maskaların istifadəsinə icazə vermirik. Eyni zamanda, peyvəndlərə qarşıyıq və peyvənd olunan insanların maşınlarımızda olmasını istəmirik "sözləri ilə gündəmi alt-üst edib.

Əldə edilən məlumata görə, bəzi müştərilər şirkətdən aldıqları maskalanma əleyhinə mesajlardan şikayət ediblər.


# 2631
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar