Kataluna Enrikes
30 iyun 2021 19:57 (UTC +04:00)

Kataluna Enrikes

Transgender qadın gözəllik yarışmasının qalibi oldu

“Miss Nevada” gözəllik müsabiqəsinin qalibi 27 yaşlı transgender qadın Kataluna Enrikes olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədbir Las-Veqasdakı kazino- oteldə keçirilib. 

Müsabiqədə 22 qız iştirak edib. Enrikes onların arasında yeganə transgender olub. 

Model müvəffəqiyyətini ümumi bir qələbə adlandırıb və "tarix yazdığını" söyləyib. İndi o, noyabr ayının sonunda keçiriləcək “Miss ABŞ” yarışmasında qələbə uğrunda mübarizə apara biləcək.

Enrikes Filippində oğlan kimi doğulub və 10 yaşında valideynləri ilə ABŞ-a gəlib. O, 2016-cı ildən model işləyir.

# 13149
avatar

Oxşar yazılar