Türkiyəyə velosipedlə  53 günə   getdi
02 oktyabr 2023 15:17 (UTC +04:00)

Türkiyəyə velosipedlə 53 günə getdi

Perm sakini qeyri-adi istirahət etmək istəyib və velosipedlə Türkiyədə dənizə gedib. Səfər 53 gün davam edib.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, rus Xəzər, Qara və Aralıq dənizlərini ziyarət etmək arzusunu da həyata keçirib.

Cəsur səyyahın dediyinə görə, bəzən o, güclü istilərə baxmayaraq, susuz qalıb irəli getməli olub. Kişi kəskin dırmaşmalar səbəbindən ən çətin yolun dağlıq ərazilərdə olduğunu söyləyib.

Səfərdən razı qalan rus vətənə velosipedlə qayıtmaqdan imtina edib: o, evə təyyarə ilə getməyə qərar verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar