Azərbaycanda ilk! Direktor işə velosipedlə gəlir - EKSKLÜZİV -
Bu ilkə imza atan şəxs Bakı Uşaq Teatrının yaradıcısı və direktoru İntiqam Soltandır. İntiqam Soltan Lent.az-a bildirib ki, onu buna vadar edən səbəb tıxaclarla bağlıdır. İki avtomobili olduğu halda, bu gündən etibarən işə velosipedlə gəlməyi tıxaclara etiraz əlaməti kimi də qiymətləndirilə bilər.
“Düz bir həftədir velosipedlə gələ bilməyim üçün lazımi yollar axtarırdım. Nəhayət, bu gün dolanbac yollarla işə gəlib çatdım”, - deyən İntiqam Soltan 12 kilometr yolu 1 saat 10 dəqiqəyə qət edib. Amma yol boyu müəyyən problemlərlə də qarşılaşıb: “Təbii ki, yol hərəkəti qaydalarına maksimum dərəcədə riayət etməyə çalışdım. Ancaq çox təəssüf ki, sürücülər, xüsusən də avtobus idarə edən şəxslər çox etinasız yanaşırlar”.
İntiqam Soltan onu da bildirib ki, bu gün Bakı Uşaq Teatrı mövsümün ilk tamaşasını göstərəcək. Bu, Mehman Dilqəmoğlunun nağıllar əsasında səhnələşdirdiyi “Əhmədin yuxusu” tamaşasıdır.
Xəyalə Muradlı

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37