Xalq artisti Elxan Əhədzadə vəfat edib
Azərbaycan Dövlət Musiqili Komediya teatrının aktyoru, xalq artisti, prezident təqaüdçüsü Elxan Əhədzadə bu gün səhər saatlarında 62 yaşında vəfat edib. Teatrdan Lent.az-a verilən məlumata görə, aktyor xeyli müddətdir qaraciyər serrozundan əziyyət çəkirdi.
Elxan Əhədzadə ilə vida mərasimi öz evində olacaq. O, öz vəsiyyəti ilə Xırdalanda ailə qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, Əhədzadə Elxan Yahya oğlu 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini C.Cabbarlı adına kinostudiyanın kino aktyoru kursunda Adil İsgəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. R.İbrahimbəyovun “Kto pridyot v polnoç” əsərində Makedon, “Solovyinaya noç”da serjant Atayev və s. kimi rollar yaradıb. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Bu müddət ərzində R.Hacıyevin “Mama, ya jenyus”, “Kavkazskaya plemyanitsa” və “Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa edib. Sonralar bir müddət Rəşid Behbudov adına Mahnı Teatrında fəaliyyət göstərib. Həmçinin bu müddət ərzində kinostudiyada “Çətirimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rollara çəkilib. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb.
Xəyalə Muradlı

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37