İlk animasiya filmimiz 3D formatlı kinoteatrlarda nümayiş olunacaq
Tamaşaçılar yaxın günlərdə nağıl-müzikl janrında çəkilmiş animasiya filminə baxmaq imkanı qazanacaq. Filmin mətbuat əlaqələndiricisi Nərmin Muradova Lent.az-a açıqlamasında vurğulayıb ki, “Onun ürəyi” animasiya filmi Azərbaycanda bir çox yeniliyə imza atacaq.
“ART QLOBAL PRODUCTION”nun iştirakı ilə çəkilən animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Samir Kərimoğlu, filmin direktoru Mahir İbrahimov, bəstəkar Vüqar Camalzadə, operator Nadir Mehdiyev son akkordları vurmağa hazırlaşırlar. Saf təmiz sevginin qara qüvvənin möhürlədiyi ürəyi sevməyə vadar etməsi elə də asan olmayacaq. Tamaşaçılar ustalıqla işlənmiş qrafika, maraqlı tapıntılar və peşəkar aktyor komandasının ifasında xeyirlə şərin gərgin mübarizəsinin şahidi olacaqlar.
Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq kompüter qrafikası ilə yaradılmış qəhrəmanları aktyorlar canlandırır. Kompüter qrafikasının tərtibat Tural Səfərova məxsusdur. Gənc aktyor Murad Abdullayev, müğənnilər Aysel İbrahimova, Aygün Rəhimova, Aysel və Aytac İsayeva bacıları ilə yanaşı əməkdar artist Təvəkkül Əliyev də animasiya filminin səsləndirilməsinə cəlb ediliblər.
Animasiya filminin müasir 3D formatlı kinoteatrlarda nümayiş olunması nəzərdə tutulur.
Lalə Yusifqızı

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10