
Fəxrəddin Manafov “Azdrama”da çalışacaq – EKSKLÜZİV
Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdan orada çalışmaq təklifi alıb. Bunu Lent.az-a sevilən aktyor özü deyib. Bildirib ki, direktorun bu təklifini artıq qəbul edib: “Mən o təklifi artıq almışam. Düşünürəm ki, gələcəkdə elə bir tanınmış və məni maraqlandıran bir əsər olsa, güman ki, bu işə “hə”mi verərəm. Ancaq bu, müqavilə yolu ilə olacaq. Təklif edirlər, dəvət edirlər, əgər sən onları qane edirsənsə, əgər səni əsər, rejissor, qoyulan məqsəd qane edirsə, çalışırsan. Mən böyük məmnuniyyətlə bu təklifi qəbul etmişəm və təbii ki gözləyirəm. Vaxt gələndə, hələ də tələb olunan aktyor olacamsa, işləyəcəm. Onu da deyim ki, İsrafil İsrafilov teatrı gözəl bilən professional bir insandır, teatrşünasdır. Uzun illərdir teatr sahəsində çalışır. Tofiq Kazımov kimi dahi bir insanın tələbəsi, köməkçisi olub. Teatrdan həddən artıq xəbərdar biridir. Onun ora təyin olunması böyük bir hadisə, düzgün, dəqiq bir işdir”.
Xəyalə Muradlı
Xəyalə Muradlı
Oxşar yazılar

Sizi ekrana bağlayacaq 7 detektiv film - VİDEO
7 may 2025 , 15:50
“Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım” – Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
7 may 2025 , 14:12
Alətləri tərəvəzdən olan orkestr Rekordlar Kitabına düşdü
6 may 2025 , 15:48
Aktyor Vahid Əliyevin vəziyyəti yenidən pisləşdi
6 may 2025 , 13:42
Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film
5 may 2025 , 16:51
Hollivud batmaq üzrədir...
5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI
5 may 2025 , 13:43