Mehdi Hüseynin 100 illiyi qeyd olunub
0
0
Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 100 illiyinə həsr olunan “Mehdi Hüseyn- 100” adlı kitab sərgisi keçirilib.
Lent.az-ın məlumatına görə, ilk öncə tədbir iştirakçıları yazıçının əsərləri və onun haqqında yazılmış ədəbiyyatla nümayiş etdirilən sərgi ilə tanış olublar.
Milli Kitabxananın direktoru Kərim Tahirov görkəmli yazıçı haqqında danışıb, illər keçsə də Mehdi Hüseyn irsinin unudulmadığını deyib. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat reklamının təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli isə yazıçının hərtərəfli biliyə və geniş əhatəli yaradıcılığa malik olan mübariz sənətkarlardan biri olduğunu söyləyib.
Bundan başqa, Akademik Teymur Bünyadov Mehdi Hüseyn yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidməti olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün M. Hüseynin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.
Kimyə Rüstəmova

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11