Ancelina Colinin  az tanınan maraqlı filmləri
07 iyun 2025 14:28 (UTC +04:00)

Ancelina Colinin az tanınan maraqlı filmləri

Ancelina Coli — dünyanın ən tanınmış aktrisalarından və ən gözəl qadınlarından biridir. Onun iştirakı ilə çəkilmiş bir çox film onilliklərdir yaddaşlardan silinmir. Lakin bu siyahıda “Cənab və xanım Smit”, “Lara Kroft” və ya “Malefisenta” kimi məşhur ekran əsərləri yer almayacaq. 

Lent.az Ancelina Colinin daha az tanınan, lakin eyni dərəcədə diqqətəlayiq olan filmlərini təqdim edir.

"Sədaqətsizlik" (Original adı: Original Sin)

Varlı kubalı tacir Luis Antonio Varqas məktublaşma yolu ilə tanış olduğu amerikalı Culiya ilə evlənmək qərarına gəlir. Lakin ilk görüşdə qadının məktublarda özünü təqdim etdiyi kimi biri olmadığını görüb təəccüblənir. Toydan sonra onların həyatı əvvəlcə adi görünür, lakin hər şey yalan, fırıldaq və qətllə dolu bir labirintə çevrilir. Məlum olur ki, Culiya əslində tamam başqa bir qadındır və bu adı sadəcə oğurlayıb. O, ərini aldadaraq pullarını götürüb qaçır.

"Sərhəddən kənarda" (Beyond Borders)

İngiltərədə yaşayan amerikalı Sara Cordan bir tədbirdə həkim Nik Kallahenin ehtiraslı çıxışını dinləyir. O, müharibə içində olan ölkələrin uşaqlarına yardım etməyə çağırır. Bu çıxış Saranın həyatını tamamilə dəyişir. Tale onları illər boyunca müxtəlif yerlərdə — Kambocada, Efiopiyada və Çeçenistanda bir araya gətirir.

"Onun ürəyi" (A Mighty Heart)

Bu bioqrafik dram 2002-ci ildə Pakistanda “Əl-Qaidə” ilə Pakistan xüsusi xidmət orqanları arasındakı əlaqələri araşdıran jurnalist Deniel Perlın oğurlanaraq edam edilməsi barədədir. Film onun hamilə həyat yoldaşı Marianın xatirələrinə əsaslanır və hadisələr onun gözü ilə təsvir olunur.

"Yalan cazibə" (The Good Shepherd)

Rejissor Robert De Nironun dram-trilleri olan bu film Soyuq Müharibə dövründə ABŞ və SSRİ arasında cərəyan edən casusluq hadisələrindən bəhs edir. Filmdə hadisələr müxtəlif dövrlərdə baş verir və əsas obraz olan Edvard Uilsonun həyat hekayəsinə çevrilir.

"Əvəz" (Changeling)

Bu trillerin hadisələri 1920-ci illərin sonlarında Los-Ancelesdə baş verir və real hadisələrə əsaslanır. Ana, oğlunun itkin düşdükdən sonra polis tərəfindən ona qaytarılan uşağın əslində onun oğlu olmadığını anlayır. Film qadın hüquqsuzluğu, siyasi sistemdəki korrupsiya və zorakı cinayətlərin cəmiyyətə təsiri kimi önəmli mövzulara toxunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar