"Arka sokaklar" FİNALA   çıxır
21 may 2026 14:18 (UTC +04:00)

"Arka sokaklar" FİNALA çıxır

0

Türkiyə televiziya tarixinin ən uzunömürlü polis detektivi olan və tam 20 mövsüm ərzində 700 seriyanı keçərək qırılması çətin olan bir rekorda imza atan "Arka sokaklar" serialı sürpriz bir qərarla ekran həyatını başa vurur. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Kanal D” rəhbərliyinin qərarı ilə növbəti yayım dövrü üçün planlaşdırılan 21-ci mövsümün hazırlıqları tamamilə ləğv edilib və final qərarı aktyor heyətinə və texniki komandaya rəsmən bildirilib.

Qeyd edək ki, ilk seriyası 2006-cı ildə yayımlanan serial ikonik bir polis komandasının cinayətkarlıqla mübarizəsindən bəhs edirdi.

Türkiyənin ən uzunömürlü həftəlik praym-taym serialı ünvanını daşıyan ekran işi, 700 seriya həddini aşaraq əlçatmaz bir uğura imza atıb.

Serialın ilk yayımlandığı gün doğulan uşaqların bu gün artıq universitet yaşında olması, layihənin zamana necə meydan oxuduğunun ən bariz sübutudur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar