Azərbaycanlı tələbə Röya Əliyeva ilk solo konsertini verdi -FOTOLENT
25 fevral 2026 20:00 (UTC +04:00)

Azərbaycanlı tələbə Röya Əliyeva ilk solo konsertini verdi -FOTOLENT

0

Röya Əliyevanın ilk solo konserti keçirilib.

Respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın ilk solo konserti keçirilib.

Lent.az xəbər verir ki, Milli İncəsənət Muzeyinin İtlyan zalında baş tutan konsertdə seçilmiş klassik və retro əsərlər ifa edilib.

Qeyd edək ki, 25 fevral 2005-ci ildə Bakı şəhərində anadan olan Röya Əliyeva Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil illərində skripka və fortepiano üzrə çoxsaylı konsert proqramlarında çıxışlar edib, Gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısı, həmçinin vokal və xor kollektivinin üzvü olub. Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və digər ölkələrdə keçirilmiş nüfuzlu beynəlxalq müsabiqələrdə skripka və vokal ifaçılığı üzrə yüksək mükafatlara, o cümlədən Qran Pri və birinciliklərə layiq görülüb. Onun ifaları bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərində keçirilən rəsmi və mədəni tədbirlərdə də səslənib.

2025-ci ildən Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyevanın vokal musiqi məktəbində vokal sənəti üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevdən dərs alır. Elə həmin ildə Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən II Beynəlxalq Opera Festivalında iştirak edərək, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Telli obrazı ilə uğurlu səhnə çıxışı edib.

Hazırda Röya Əliyeva Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq (violin) ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda Fidan Hacıyevanın vokal musiqi məktəbində Azərbaycan və ingilis dillərində violin ixtisasını tədris edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar