Gülhüseyn Kazımlı vəfat etdi
25 fevral 2024 11:46 (UTC +04:00)

Gülhüseyn Kazımlı vəfat etdi

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib.

Lent.az.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Gülhüseyn Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir, görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınıb. Son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi. Burada “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru olub.

# 3780
avatar

Oxşar yazılar