Kitab və ədəbiyyat haqqında hər kəsin bilmədiyi bir çox maraqlı məqamlar var.
Lent.az xarici KİV-ə istinadən həmin maraqlı məlumatları təqdim edir:
1. Dünyanın ilk romanı
“Genjinin hekayəsi” yapon ədəbiyyatının və dünyanın ilk roman kimi qəbul olunur. Əsər XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfindən yazılıb.
2. Bu sözləri ilk dəfə Şekspir işlədib
Amazement, bedroom, advertising, blanket, bump, gloomy, puking, drugged, champion, accused və addiction sözlərini ilk dəfə Vilyam Şekspir əsərlərində işlədib.
3.
İngilis dilində yazılan ilk roman
Daniel Defonun 1719-cu ildə yazdığı məşhur əsəri “Robinzon Kruzo” ingilis dilində yazılan ilk romandır.
4. Yazı makinası ilə yazılan ilk əsər
Mark Tvenin 1876-ci ildə yazdığı “Tom Soyerin macəraları” povesti dünyada yazı makinası ilə yazılan ilk əsərdi.
5. Məşhur əsəri yeyən it
Con Steynbekin iti “Siçanlar və adamlar” romanının orijinal versiyasını yemişdi.
6. Çində qadağan olunan məşhur əsər
“Alisa möcüzələr ölkəsində” Çində qadağan edilib. Səbəb kimi isə əsərdəki heyvanlar göstərilir.
7. İlk dəfə T-shirt sözü hansı romanda istifadə olunub?
Wicked, cool, daiquiri ve T-shirt sözləri ilk dəfə 1920 -ci ildə Frensis Skott Fitsceraldun “Cənnətin bu tayı” romanında istifadə olunub.
8. Heç vaxt film olmayacaq məşhur roman
Qabriel Qarsiya Markes “Yüz ilin tənhalığı” əsərinə film çəkilməsinə icazə verməyib.
9. Amerikada yazılan ilk kitab
“The Bay Psalm Book” Amerikada yazılan ilk kitabdır.
Nigar Adil