Lənkəranda sərxoş oğul  atasının şikayətilə HƏBS EDİLDİ
22 avqust 2026 19:50 (UTC +04:00)

Lənkəranda sərxoş oğul atasının şikayətilə HƏBS EDİLDİ

0

Lənkəranda evdə dava-dalaş salan kişi həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Liman şəhərində qeydə alınıb.

39 yaşlı Bəybala Hüseynov (şərti adla) iştirak etdiyi toy məclisində xeyli miqdarda spirtli içki içib. O, həmin məclisdən qayıtdıqdan sonra isə evdə dava-dalaş salıb və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Ailəsi onun idarəolunmaz vəziyyətini görüb və atası bu barədə polisə şikayət edib.

Hadisə yerinə gələn polis əməkdaşları Bəybalaya irad bildirib əməllərini dayandırmasını tələb etsələr də, o, buna məhəl qoymayıb. Nəticədə o, saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub.

B. Hüseynov ifadəsində 4 övlad atası olduğunu və fəhlə işləməklə ailəsini dolandırdığını deyib. O, barəsində həbs yox, cərimə ilə bağlı tənbeh tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarı ilə Bəybala Hüseynov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar