Leonardo Da Vinçinin məşhur əsərində  qeyri-adi KƏŞF
04 dekabr 2025 11:46 (UTC +04:00)

Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF

0

Sənət hər zaman çoxşaxəli yozumlara açıqdır; bunu yaxın zamanda bir ingilis stomatoloqu, Leonardo da Vinçinin 1490-cı ildə çəkilmiş ən ikonik əsərlərindən biri olan “Vitruvius Adamı”na baxaraq bir daha təsdiqləyib.

Lent.az xarici mediaya istinadla yazır ki, əsər, ideal insan fiqurunun simmetriyasını araşdıran Roma memarı Vitruviusun (“De architectura” - “Memarlıq haqqında” adlı əsəri) ideyalarından ilhamlanıb. Vitruvius, insanın iki formaya uyğunlaşa biləcəyini iddia edib:

Dairə: İnsan qollarını və ayaqlarını açarsa, göbək mərkəz kimi götürüldükdə əzalar həmin mərkəzə toxunaraq dairə yaradır.

Kvadrat: Ayaq altından başın təpəsinə qədər olan məsafə qolların açıqlığı ilə eyni olduğundan kvadrat forması alınır.

Da Vinçinin işi insanların bu fiqurlara necə uyğun gələ bildiyini göstərir. Lakin "ArtNet News"un məlumatına görə, məşhur alim bu rəsmin içinə sonradan ortaya çıxan üçüncü bir fiquru gizlətmiş ola bilər.

Adı çəkilən stomatoloq Rory Mac Svini, Journal of Mathematics and the Arts jurnalında dərc olunan təhlilində Da Vinçinin rəsminin müasir bioloji memarlığın optimal anlayışını qabaqcadan görən həndəsi prinsipləri ehtiva etdiyini yazır. Bu prinsip, adamın ayaqları arasında yerləşən üçüncü fiqur - bərabərtərəfli üçbucaq vasitəsilə ifadə olunur.

Bu üçbucaq alt orta kəsici dişlər ilə sağ və sol mandibular kondilin təmas nöqtələrinin yaratdığı “Bonville üçbucağı”na uyğundur”.

Bonville Üçbucağı, 1864-cü ildə Villiam Bonville tərəfindən “bərabərtərəfli üçbucağa əsaslanan və ən mükəmməl tağ formalarına yaxın forma” kimi təsvir edilərək protez forması standartını müəyyənləşdirən quruluşdur. Bu prinsipi ilk hiss edənin bir diş həkimi olması təəccüblü deyil.

Vitruvius Adamının ayaqları arasında görünən bərabərtərəfli üçbucaq, zirvəsini fiqurun göbəyində birləşdirir. Sweeney iddia edir ki, bu nöqtədən eyni ölçüdə beş üçbucaq daha yaradıldıqda nəticə “kvadratın kənarı ilə dairənin radiusu arasındakı təxminən 1,64-lük nisbət (tetrahedral nisbət) ilə xarakterizə olunan altıbucaqlı bir quruluş” olur. Svini bunu “həm sintetik, həm də bioloji sistemlərdə optimal məkan nizamını müəyyən edən riyazi əlaqə” kimi təsvir edir.

Svini, Leonardo rəsminin nisbətləri ilə Bukminster Fullerın 1975-ci il izotropik vektor matrisi arasında paralellər aparır və belə nəticəyə gəlir: “optimal kristal quruluşlarında, bioloji memarilərdə və Fullerın koordinat sistemlərində rast gəlinən eyni həndəsi əlaqələr insan nisbətlərində də kodlaşdırılmış görünür”.

Bu isə “Leonardonun reallığın riyazi təbiətinə dair fundamental həqiqətləri intuitiv şəkildə dərk etdiyini” göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar