İranlılarla əlbir olanlar  Füzulidə TUTULDU - VİDEO
08 aprel 2026 09:44 (UTC +04:00)

İranlılarla əlbir olanlar Füzulidə TUTULDU - VİDEO

0

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıblar.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.

Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar