Gürcüstanda əcnəbini öldürmək istəyən  Azərbaycan vətəndaşı saxlanıldı
08 aprel 2026 11:21 (UTC +04:00)

Gürcüstanda əcnəbini öldürmək istəyən Azərbaycan vətəndaşı saxlanıldı

0

Gürcüstanın paytaxtı Tbilisidə adam öldürməyə cəhddə ittiham olan 35 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 29 yaşlı İ.M. adlı xarici ölkə vətəndaşına soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs hazırda tibb müəssisəsində müalicə olunur.

Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı cinayətin törədilməsindən qısa müddət sonra tutulub.

Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını günahı sübuta yetiriləcəyi təqdirdə, 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar