Şirvanda bir ailədən 5 qadın  pizzadan zəhərləndi - YENİLƏNİB
08 aprel 2026 11:33 (UTC +04:00)

Şirvanda bir ailədən 5 qadın pizzadan zəhərləndi - YENİLƏNİB

0

Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

Zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

AQTA-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

***

10:34

Şirvanda pizzadan zəhərlənənlərin son durumu açıqlanıb. 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

saat 10:07

Şirvanda qidadan kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Burada müştəri qismində gələn 6 nəfər yedikləri göbələkli pizzadan zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıb.

Faktla bağlı şəhər prokurorluğu araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar