Bakıda dayə   ev sahibəsinin 11 minlik qızılını  oğurladı
08 aprel 2026 13:23 (UTC +04:00)

Bakıda dayə ev sahibəsinin 11 minlik qızılını oğurladı

0

Bakıda dayə evdən oğurluq edib.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

45 yaşlı Almaz Hüseynova (ad və soyad şərtidir) uşaq baxıcılığı etdiyi evin sahibəsinin ümumilikdə 11 729 manatlıq qızıl-zinət əşyalarını oğurlayıb. Qızıllarının oğurlandığını görən zərərçəkən Almazdan şübhələnərək onu sorğu-suala tutub. Dayə əvvəlcə oğurluq etdiyini boynuna almayıb, lakin ev sahibəsi özünə məxsus qızıl klonun Almazın boynunda olduğunu görüb. Digər qızılları oğurlamadığını deyən Almaz sonradan bütün əməllərini etiraf edib.

Nəticədə qadın saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 4 ildir aylıq 450 manat müqabilində zərərçəkənin yeni doğulan uşağına baxıcılıq edib. Oğurladığı qızılların heç birini satmayaraq özündə saxlayıb. O, əməlindən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib.

Zərərçəkən şəxs də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə Almaz Hüseynova barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar