Məşhur aktrisa film çəkilişində  ölümdən döndü
30 yanvar 2023 01:05 (UTC +04:00)

Məşhur aktrisa film çəkilişində ölümdən döndü

Müğənni, aktrisa və iş qadını Cennifer Lopez “Mənim pirat toyum” filminin çəkiliş meydançasında ölə biləcəyini deyib. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Cennifer Lopezin dediyinə görə, Coş Dyuamel olmasaydı, Dominikan Respublikasında “Mənim pirat toyum” filminin çəkilişləri zamanı qayadan yıxılaraq həlak olacaqdı.

“Coş və mən yaxşı işləyirdik. Mən həqiqətən bunu bacardığımızı hiss etdim. Xüsusən də əlimiz qandallı olanda və bütün o çılğın hərəkətləri edəndə. Düzdür, az qala uçurumdan yıxılmağımla üzləşdiyim bir dəfə istisna olmaqla “, - Cennifer deyib.

Lopez paltarının ətəyinin təkərlərin altında qaldığını və az qala yıxılacağını, lakin Dyuamelin onu xilas etdiyini vurğulayb: "Bu çox qorxulu idi".

Filmin premyerası yanvarın 18-də Hollivudda (Los-Anceles, Kaliforniya, ABŞ) TCL Çin Teatrında olub. Filmi rejissor Ceyson Mur, eləcə də aktyorlar Cennifer Lopez, Coş Dyuamel, Cennifer Kulic, Lenni Kravits və başqaları təqdim ediblər.


 

# 2049
avatar

Oxşar yazılar