Müğənnilikdən kuryerliyə - Unudulan Fərid Məmmədov
30 iyun 2026 16:15 (UTC +04:00)

Müğənnilikdən kuryerliyə - Unudulan Fərid Məmmədov

0

2013. Cəmi 5 ildir, “Avroviziya”da iştirak edən Azərbaycan 1 alibiyyət qazanmaqla, 4 dəfə ilk 10-luğa düşməyi bacarıb. 2012-ci ildə Eldar və Nigarın qazandığı qalibiyyətə baxmayaraq, hər il ilk sıralarda qərarlaşmağı qarşısına hədəf qoyan Azərbaycan həmin il bu adla yarışa qatılır – Fərid Məmmədov.

Lent.az-ın  “Unudulan sənətkarlar” rubrikasının növbəti müğənnisi Fərid Məmmədovdur.

Aybəniz Haşımova məktəbi, "Avroviziya"da Azərbaycan rekordu

O, 30 avqust 1991-ci ildə  Bakı şəhərində anadan olub. Orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada alan Fərid uşaq yaşlarından musiqiyə böyük həvəs göstərib. O, ilk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində alıb. Müəlliməsi, əməkdar artist Aybəniz Haşımovanın musiqi biliklərini mənimsəyən Fərid peşəkar səhnəyə də erkən atılır. 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci "Avroviziya" Mahnı Müsabiqəsində ölkəmizin təmsilçiliyi Fəridə həvalə edilir. Maraqlı və qeyri-adi səhnə şousunun fonunda Hold me" mahnısını səsləndirən ifaçı Azərbaycana ikincilik qazandırır. O, ikinciliklə həm də ölkəmizin yarışmada ən çox xalını qazanır - 234.

Müğənnilikdən kuryerliyə

Lakin sonrakı illərdə onu ekranlarda, səhnədə görmək olmur. ABŞ-a köçən müğənni sənətdən də uzaqlaşır. Onun haqqında deyilən və öz tərəfindən inkar edilməyən bir iddiaya əsasən, Fərid sözügedən ölkədə kuryer olaraq çalışıb. Müğənni 2016-cı ilin yazında bu ölkədə Nigar adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən isə bir oğlu var. O, toy mərasimini də bütün media üçün bağlı ediv və toyda yalnız yaxın ailə üzvlərinin iştirakına icazə verilib.

Azsaylı mahnıları və tarixə düşən konsert

"Gəl yanıma" (2012), "İnan" (2012), "Hold Me" (2013), ALL I ask" (2024) isə onun karyerası ərzində səsləndirdiyi azsaylı mahnılardandır. O, 2019-cu ildə Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib. Bu da onu kifayət qədər populyarlaşdırıb. Lakin o, yenidən sənətdən uzaqlaşmağı seçib. Qeyd edək ki, müğənni sosial şəbəkə hesabında daha çox idmanla və gəzintiləri ilə bağlı görüntülərini paylaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar