77 yaşında orqan çatışmazlığı səbəbindən vəfat edən "Yeşilçam"ın əfsanəvi aktyoru Kadir İnanırın vəsiyyəti açıqlanıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə onun anım mərasimində qardaşı oğlu Levent İnanır diqqətçəkən açıqlama verib.
O bildirib ki, Kadir İnanır illər əvvəl orqanlarını bağışlamaq qərarı verib.
Onun sözlərinə görə, Kadir İnanır vaxtilə verdiyi müsahibələrin birində də bu barədə danışıb: "Orqanlarımı bağışlamışam. Ən çox da ürəyimi və gözlərimi alan insanlar mənə maraqlı gəlir".
Levent İnanır qeyd edib ki, mərhum aktyorun bu humanist qərarı ailəsi üçün böyük mənəvi dəyər daşıyır və onun insanlara kömək etmək istəyini əks etdirir.
Qeyd edək ki, Kadir İnanır Türk kino tarixinin ən məşhur simalarından biri olub və unudulmaz filmlərində yaratdığı obrazlarla milyonlarla tamaşaçının sevgisini qazanıb. Onun vəfatı Türkiyə və bütün türk dünyasında böyük kədər hissi ilə qarşılanıb.