Müslüm Maqomayev Teymur Əmrahı otağından niyə qovub?
22 mart 2023 15:26 (UTC +04:00)

Müslüm Maqomayev Teymur Əmrahı otağından niyə qovub?

Əməkdar artist Teymur Əmrah “Gül kimi şou" proqramında Xalq artisti Müslüm Maqomayevlə aralarında olmuş maraqlı bir hadisə barədə danışıb.

Lent.az-ın xəbərinə görə, ifaçı Müslüm Maqomayevin onu qrim otağından qovduğunu etiraf edib.

"Müslüm Maqomayev çoxlu "Marlboro" siqareti çəkirdi. Həm də dayanmadan. Heydər Əliyev sarayında qrim otağındaydıq. Ona yaxınlaşdım ki, məni dinləsin, səsimə qiymət versin. Səsimə qulaq asdı. Kimlərdən dərs aldığımı soruşdu. Danışa - danışa siqaretin birini bitirmədən o birini yandırırdı. Heyrətlənib dedim ki, mənə elə gəlir, siz həddindən artıq siqaret çəkirsiniz. Elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, "Məni gördün? İndi dur burdan rədd ol". O, bir qədər başqa formada dedi, onu deyə bilmərəm”- deyə müğənni gülə - gülə bildirib.

# 3792
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar