Nolanın yeni filmi rekord qırdı:  1,1 milyard dollar...
13 avqust 2026 13:36 (UTC +04:00)

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

0

Britaniyalı rejissor Kristofer Nolanın “Odisseya” filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib.

“Odisseya” bununla Nolanın əvvəlki rekordçuları olan “Qara cəngavər” (1,008 milyard dollar) və “Qara cəngavər: Əfsanənin yüksəlişi” filmlərinin (1,08 milyard dollar) nəticələrini geridə qoyub. Rejissorun bütün filmlərinin ümumi kassa gəliri isə 7 milyard dolları ötüb.

Film eyni zamanda baş rolları canlandıran Mett Deymon, Enn Heteuey və Robert Pattinsonun karyerasında ən çox gəlir gətirən layihəyə çevrilib.

Qeyd edək ki, "Odisseya” “Oskar” mükafatı ərəfəsində də diqqət mərkəzindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar