“Oskar”da aldığı mükafatı və maşınını  OĞURLADILAR
16 avqust 2022 16:12 (UTC +04:00)

“Oskar”da aldığı mükafatı və maşınını OĞURLADILAR

Sonuncu “Oskar”da “Ən yaxşı ikinci plan aktyoru” mükafatına layiq görülən Troy Kotsurun həm avtomobili, həm də mükafatı oğurlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında avtomobilinin oğurlandığını açıqlayıb.

Az sonra hər iki oğrunu polislər avtomobildə yaxalayıb və mükafat da sahibinə qaytarılıb.

Kotsur polislərlə çəkdirdiyi fotonu da sosial şəbəkədə paylaşaraq ona göstərdikləri köməyə görə təşəkkür edib.

# 978
avatar

Fidan İlqar

Oxşar yazılar