Türkiyənin usta sənətçisi Haldun Dormen  xəstəxanaya yerləşdirildi
06 yanvar 2026 17:22 (UTC +04:00)

Türkiyənin usta sənətçisi Haldun Dormen xəstəxanaya yerləşdirildi

0

Türkiyənin 97 yaşlı aktyoru, rejissor, pedaqoq və dramaturq Haldun Dormendən gələn son xəbər sevənlərini qorxudub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ustad sənətçinin xəstəxanada müalicə altına alındığı öyrənilib.

Məlumata görə, Dormen yaxın vaxtlarda keçirdiyi infeksiya səbəbindən özəl bir xəstəxanada müalicə olunur. Həkimlər tərəfindən vəziyyəti yaxından izlənilən Haldun Dormen-in səhhətinin stabil olduğu bildirilib.

“Dövlət sənətçisi” fəxri adına da sahib olan ustad aktyor bu il sənət həyatının 72-ci ildönümünü qeyd edir. Dormen 1990-cı illərdə Hacettepe Universiteti tərəfindən Fəxri Elmlər Doktoru adına layiq görülüb, bir çox mühüm festivalda fəxri mükafatlarla təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1953

Oxşar yazılar