
“1918-ci il hadisələri - Unudulmayan tarix” sənədli filmi təqdim olundu
Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı hazırlanmış 1918-ci il hadisələri-Unudulmayan tarix” sənədli filminin təqdimatı olub.
Lent.az xəbər verir ki, film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin “Azərbaycan tarixi həqiqətlərinin dünyaya çatdırılmasında innovativ vasitələrin tədbiqi” layihəsi çərçivəsində hazırlanıb.
Filmin ssenari müəllifi ictimai birliyinin rəhbəri Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyev, ingilis dilinə tərcümə edəni İzzət Hacıyevdir.
Əvvəlcə film təqdim edilib. Filmdə ermənilərin azərbaycanlılara qarşı planlaşdırdıqları çirkin niyyətləri nümayiş olunub. 1918-ci ildə yaxşı silahlanmış erməni dəstələri Azərbaycan kəndlərinə basqınlar edir, dinc insanları öldürür, tarixi abidələrimizi dağıdırdılar. Onların Qubada yerli əhaliyə qarşı törətdikləri soyqırımı xüsusilə vurğulanıb. Filmdə canlı şahidlərdən Quba sakinləri 114 yaşlı Saat Əhmədovanın, yaşı 100-ü ötmüş Sədrəddin Abdullayevin, Şamaxı sakini 108 yaşlı Rza Malımovun videogörüntüləri təqdim olunub.
Təqdimatdan sonra Ə.Bəydəmirli çıxışında qeyd edib ki, filmdə tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir olunub.
Belə filmlər tariximizin işiqlandırılmasında və gənc nəslə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Qeyd edilib ki, bu istiqamətdə son zamanlar böyük işlər görülür.
Vurğulanıb ki, ekran əsərində hadisələrin bir-biri ilə bağlılığı çox peşəkar səviyyədə qurulub. Filmin “YouTube”də yerləşdirilməsi təklif olunub.
Sonda tədbir iştirakçıları filmlə bağlı fikirlərini bölüşüblər.
Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10