
“Qar kraliçası” təqdim olundu
2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində məşhur nağılçı H.K.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanmış tamaşa uşaqlara təqdim olundu.
Kitabxanadan Lent.az-a verilən məlumata görə, rejissor Elşad Rəhimzadə tərəfindən hazırlanan tamaşa sədaqəti, dostluğu təbliğ edir. Tamaşadan əvvəl teatrın foyesində uşaqların rəsmlərindən və uşaq yazıçılarının kitablarından ibarət sərgi nümayiş olunub.
Daha sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova balacaları salamlayıb, onlara kitab oxumağın faydasından danışıb: “Mən çox sevinirəm ki, bu gün Gənc Tamaşaçılar Teatrı bizim təşəbbüsümüzə qoşuldu, belə bir fürsəti yaratdı sizlər üçün. Çünki əsəri oxumaq və onun səhnə həllini görmək daha böyük fayda verir. Uşaqlar üçün maraqlı əsərlər yazan Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan tamaşa əziz balalarımızın yaddaşında həmişəlik həkk olunacaq”.
Sonra uşaqlar sözügedən tamaşanı seyr ediblər.
Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10