Bordoda Azərbaycan günləri keçiriləcək
25 aprel 2013 22:02 (UTC +04:00)

Bordoda Azərbaycan günləri keçiriləcək

0

 

 Fransanın Bordo şəhərində üç gün Azərbaycan günləri keçiriləcək. Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizi Fransada yaxından tanıtmaq məqsədilə bu ölkənin regionlarında həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günləri ilə bağlı növbəti tədbir aprelin 27-29-da Bordo şəhərində keçiriləcək. Bordo Azərbaycan günlərinin keçiriləcəyi 11-ci şəhər olacaq. Bununla əlaqədar səfirlik şəhərdə geniş reklam işləri aparır. Tədbiri əks etdirən afişalar artıq ictimai nəqliyyatda və şəhərin görməli yerlərində asılıb.

 

Yerli radioda Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Şərq ilə Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti, Bordoda təşkil olunacaq sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə vaxtaşırı məlumatlar səsləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar