Müğənni Zeynəb  subaylığa belə vida etdi -FOTOLENT
17 avqust 2026 16:34 (UTC +04:00)

Müğənni Zeynəb subaylığa belə vida etdi -FOTOLENT

0

Türkiyəli müğənni Zeynəb Bastık aktyor sevgilisi Sərkay Tütüncü ilə toy öncəsi subaylığa vida gecəsi keçirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ildir münasibətdə olan cütlük bir müddət əvvəl evlənmək qərarına gəlib.

Yaxınlarının Zeynəb Bastık üçün təşkil etdiyi məclisdən rəngarəng görüntülər sosial şəbəkədə paylaşılıb. Müğənninin gecədə taxdığı gəlin duvağı xüsusilə diqqət çəkib.

Daha əvvəl bir dəfə ailəli olan Bastık Sərkay Tütüncünün romantik evlilik təklifini qəbul edib. O, sevgilisinə ünvanladığı paylaşımda iki illik münasibətlərindən danışaraq ona çox aşiq olduğunu bildirib.

Cütlüyün toy mərasiminin keçiriləcəyi tarix barədə hələlik məlumat verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar