Bakıda iki avtomobil toqquşdu, 45 yaşlı qadın öldü
19 oktyabr 2026 09:51 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, 45 yaşlı qadın öldü

0

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 18-də saat 15 radələrində Gəncə prospektində qeydə alınıb.

Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi avtomobillə toqquşub.

Toqquşma nəticəsində E.İsgəndərovun avtomobili yoldan çıxaraq səkidə hərəkət edən 45 yaşlı Elzanə Əliyevanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar