Ən dadsız yeməklər bişirilən  keçmiş sovet respublikaları AÇIQLANDI
03 fevral 2026 19:33 (UTC +04:00)

Ən dadsız yeməklər bişirilən keçmiş sovet respublikaları AÇIQLANDI

0

Yunan mətbəxi bir daha dünyanın ən ləzzətli mətbəxi kimi tanınıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, World Population Review ilin ən ləzzətli və ən az ləzzətli yeməklərə sahib ölkələrin yenilənmiş reytinqini dərc edib.

İlk onluq 2024-cü ildən bəri demək olar ki, dəyişməz qalıb. Yunanıstanla yanaşı, İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin də daxil olub.

Bu ölkələrin yeməkləri 2025-ci ildə ən yüksək reytinqləri alıb. Reytinq tərtibçilərinin fikrincə, ən az dadlı yeməklər Nikaraqua, Laos və Boliviyada hazırlanır və onlar son üç yeri tutur. Siyahıya cəmi 99 ölkə daxil olub.

Rusiya, demək olar ki, bütün keçmiş sovet respublikalarını qabaqlayaraq 34-cü yerdə qərarlaşıb. Yeganə istisna 30-cu yerdə qərarlaşan Gürcüstan olub.

Ukrayna 43-cü, Belarus 75-ci, Litva və Latviya müvafiq olaraq 39-cu və 78-ci yerlərdə qərarlaşıb. Azərbaycan 56-cı yerdədir, Ermənistan və Qazaxıstan yeməkləri ən az dadlı hesab edilib və siyahının ən sonunda, 92-ci və 93-cü yerlərdə qərarlaşıb.

2024-cü ildə Özbəkistan, Qırğızıstan və Moldova Ermənistan və Qazaxıstandan daha aşağı yerlərdə qərarlaşıblar. 2025-ci ildə bu ölkələr reytinqdən düşüb, hətta ilk 100-lüyə belə daxil ola bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar