Kotletlə makaronu birlikdə yemək  olmaz – SƏBƏB
13 may 2024 19:14 (UTC +04:00)

Kotletlə makaronu birlikdə yemək olmaz – SƏBƏB

Bir çoxlarının sevimli yeməklərindən biri kotletli makarondur. Ancaq az adam bu ikisinin birgə yeyilməsinin sağlamlığa necə təsir etdiyini bilmir. 

Lent.az xəbər verir ki, dietoloqlar bu iki yeməyin birlikdə yeyilməsinin zərərli olduğunu bildiriblər. 

Mütəxəssislərin sözlərinə görə, karbohidratlı qidaları ətlə istehlak etmək məsləhət görülmür. Yəni bu təkcə makaronlara aid deyil.

Dietoloq mümkün xoşagəlməz nəticələr arasında ürəkbulanma, intoksikasiya və digər ağırlaşmaların ola biləcəyini vurğulayıb.

Həmçinin makaron müstəqil yemək adlanır. Onu yan yemək kimi təqdim etmək düzgün deyil.

Mənfi təsirlərə gəlincə, bunun səbəbi maddələrin müxtəlif nisbətlərdə udulmasıdır. Karbohidratlar daha az vaxt tələb edir, zülallar, yəni bizim vəziyyətimizdə ətin həzm olunması daha uzun çəkir. Makaron və kotletlər birlikdə yeyilən zaman mədədə fermentasiya prosesi təhrik edilri.

Əti tərəvəzlə yemək makaron, kartof və hətta dənli bitkilərlə yeməkdən daha sağlamdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14712
avatar

Sevinc Fərid

Oxşar yazılar