İlham Əliyev:  Cənubi Qafqaz sülh zonasına çevrilir
01 sentyabr 2026 14:10 (UTC +04:00)

İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir

0

Cənubi Qafqaz sülh zonasına çevrilir.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

“Bir ildən bir qədər əvvəl Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişəyə sülh sazişinin mətnini paraflamaqla son qoyublar. Bununla da uzun illər davam edən münaqişələrin zonası olmuş Cənubi Qafqaz sülh zonasına çevrilir", - Azərbaycan lideri qeyd edib.

***

Müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

“İlk növbədə dəvətə və qonaqpərvərliyə görə Qırğızıstan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay əvvəl dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Bu tarixi sənəd Azərbaycanla Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə yüksəldib.

Fürsətdən istifadə edərək, Qırğızıstan Prezidentini və xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik etmək istərdim. Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın həyata keçirdiyi siyasətə dəstəyinin göstəricisidir”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar