Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı PAYLAŞIM
23 mart 2023 10:33 (UTC +04:00)

Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının gəlişi münasibətilə paylaşım edib.

Lent.az xəbər verir ki, paylaşımda deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

# 2094
avatar

Oxşar yazılar